15 min 500 körpə yandırıldı!
26 Mart 2014 19:03 (UTC+04:00)
Böyük Britaniyada baş verən dəhşətli hadisə ölkəni
ayağa qaldırıb. Movqe.az ans press-ə istinadən bildirir ki,
dəhşətli hadisədə 2 ildə 15 min 500 ölü doğulan körpənin cəsədi və
abort olunmuş döllər xəstəxanalarda enerji ehtiyacını qarşılamaq
üçün yandırılıb.
Hadisəni "Channel 4" kanalında yayımlanan
"Dispatches" proqramı gündəmə gətirib. Proqramda son iki ildə 15
min 500 dölün 27 xəstəxana tərəfindən yandırıldığı bildirildi.
Addenbrooke xəstəxanasında 797, İpswich xəstəxanasında isə təxminən
1101 döl enerji mərkəzlərində yandırılıb.
Abortla alınan ya da ölü doğan körpələrin
yandırılma səbəbinin isə enerji ehtiyacı olduğu iddia
edildi.Valideynlərə Faşist dövrünü xatırladan hadisə ilə bağlı
öncədən məlumat verilməməsi isə məsələni daha da
qəlizləşdirib.
İngiltərəni bir-birinə qatan iddialardan sonra
Səhiyyə Nazirliyi əsas hədəf mərkəzinə çevrilib. Hadisəyə opertiv
reaksiya verən nazir Dan Poulter "Bu əsla qəbul edilə bilməz. Bunun
dərhal sona çatması üçün təlimat vermişəm" - deyib.