Ermənilər azərbaycanlı fəala qarşı böhtan kampaniyasına başlayıblar

26 Mart 2014 20:00 (UTC+04:00)
Dubayda Azərbaycanın sabiq vitse-konsulu və Qafqaz xalqlarının Ümumukrayna Konqresinin təsisçisi Paşa Məmmədov İlisuyskiyə qarşı ermənilər şər-böhtan kampaniyaları həyata keçirməyə başlayıblar. Paşa Məmmədov məsələ ilə əlaqədar ANS PRESS-ə məktub ünvanlayıb. Məktubda Ukraynada ermənilərin ona qarşı şər atdıqlarından və onun əleyhinə aparılan böhtan kampaniyalarından söhbət açılır. 

Məktubun mətni ilə sizi tanış edirik:

"Mənim ünvanıma Ermənistan tərəfdən bir neçə dəfə təhdidlər gəlib. Ermənilərin separatçı Dağlıq Qarabağ rejimi rəsmən Krımda qanunsuz referendumu dəstəklədi. Bu qərarla Ermənistan hakimiyyəti artıq bütün dünyaya sübut etdi ki, Ermənistan öz siyasətini beynəlxalq hüquq prinsiplərinin ümumbəşər normalarına və ilk növbədə BMT-ın Nizamnaməsinə zidd olaraq həyata keçirməyə davam edir.
Ermənilərdən fərqli olaraq Ukraynada yaşayan azərbaycanlılar Ukrayna konstitusiyasının tərəfindədirlər. Onlar Ukraynaın konstitusiya hüquqlarına hörmət edirlər, siyasi və ya iqtisadi maraqlardan çıxış etmirlər. Azərbaycanlılar Ukrayna xalqına mənəvi dəstək olurlar.

Mən, Məmmədov Paşa belə azərbaycanlılardan biriyəm və öz tərəfdarlarımla birlikdə Qafqaz Xalqlarının Ümumukrayna Konqresi yaradılmasını elan etdik. Yaratdığımız Qafqaz xalqlarının cəmiyyətini əsas hədəfi Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdir. Azərbaycan Qafqazda ən böyük dövlət, azərbaycanlılar ən çoxsaylı və Qafqazın ən qədim xalqlarından biridir. Buna əsaslanaraq mən azərbaycanlı kimi belə bir məsuliyyəti öz üzərimə götürməyə qərar verdim.

Tarix, mədəniyyət və qardaş münasibətlərində olan xalqların birləşməsindəki təhlükəni görən erməni mətbuatının fırıldaqçıları tələsik qaralama kampaniyasına başladılar və bizim Ukraynanın bütövlüyü üçün etdiyimiz xoş fəaliyyətimizə siyasi çalarlar verməyə başladılar. Onlar Qarabağ həqiqətinin yayılmaması üçün ukraynalılar birlikdə fəaliyyət göstərməyə başladılar. 

Erməni KİV-i mənə qarşı ayağa qalxdı və bizim ictimai təşkilatımıza Ermənistandan təhdidlərlə dolu zənglər etməyə başladılar. Onlar mətbuatda Dubayda Azərbaycanın konsul müavini olaraq çalışdığım bir vaxtda mənim tərəfimdən böyük qanun pozmalarına yol verildiyi barəsində məsələlər qaldırdılar. Erməni şirkətləri və bununla yanaşı Dubayda ermənilər tərəfindən idarə edilən şirkətlər tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinə tur səfərlərinin təşkil edilməsində əlehimə kampaniyalara başlanılıb.

Beynəlxalq qanunların əksinə, Vyana konvensiyasının maddələri ilə məni - Dubayda Azərbaycan Respublikasının konsul müavinini erməni milliyyətinə qarşı sui-qəsdi gizlətməklə ittiham edirlər. 

Qeyd etmək istəyirəm ki, onlar bu cür bu cür hərəkətlərinə terrorizm haqqında maddəylə don geyindirməyə çalışırlar. O vaxtlar Azərbaycan Konsulluğu Dubayda baş konsulluq kimi işləmirdi və mən rəsmən yazılı şəkildə diplomat kimi erməni şirkətlərinin BƏƏ-dəki qanunsuz hərəkətləri barəsində Azərbaycanın səfiri cənab Elxan Qəhrəmanovu məlumatlandırırdım. 

Bütün bu faktlar, ümumbəşər normalarının pozulmaları və mənim kimi azərbaycanlıların ünvanına edilən təhdidlər göstərir ki, daha çox ermənilər tərəfindən atılan bu cür şərin təzahürüylə artıq dövlət səviyyəsində mübarizə aparmaq lazımdır.

Ümummilli Lider H.Əliyevin müdrikliyinin və prezident İlham Əliyevin xoşəməlliliyinin nəticəsidir ki, biz sabahkı günə əminliklə qədəm qoyuruq! Biz azərbaycanlılar öz dövlətimizə ümid edərək bütün dünyada cəsarətlə addımlayırıq və öz vətəndaş mövqeyimiz sərgiləyirik".