Dünya Bankından Rusiya üçün böhran proqnozu
26 Mart 2014 20:07 (UTC+04:00)
Krımın birləşdirilməsi ilə bağlı diplomatik böhran
davam edərsə Rusiyanın ümumi daxili məhsulu (ÜDM) bu il 1,8% azala
bilər.
Movqe.az ans press-ə istinadən bildirir ki , bunu
Dünya Bankının (DB) ekspertləri ehtimal ediblər. DB ekspertlərinin
hesabatında bildirilir ki, siyasi münaqişənin intensivləşməsi
sərmayələri aşağı sala bilər və şirkətləri Rusiya bazarından
çəkindirər.
20-21 martda ABŞ və Avropa Birliyi "qara siyahıya"
salınmış Rusiya deputatlarının, iş adamlarının və hökumət
üzvlərinin sayını artırıblar. Vladimir Putinə yaxın olan bu
adamların ABŞ və Avropa Birliyinə (AB) girişi qadağan edilir,
onların ABŞ və AB-dəki hesabları və mülkiyyət hüquqları
dondurulur.
Hələ ki, Rusiya iqtisadiyyatının sahələrinə qarşı
iqtisadi sanksiyalar tətbiq edilməyib, amma Vaşinqton və Brüsseldə
bunun mümkünlüyündən danışmağa başlayıblar.