Yoxa çıxmış təyyarə axtarışı: Hind okeanında 122 yeni əşya aşkar olunub
26 Mart 2014 21:01 (UTC+04:00)
Kanadanın baş naziri yoxa çıxmış Malayziya
təyyarəsinə məxsus olduğu güman edilən əşyaların axtarışı üzrə
əməliyyatın fəallaşdırıldığını deyib. Movqe.az ans press-ə
istinadən bildirir ki ,Tony Abbott Hind okeanında hava şəraitinin
pisləşməsinə görə təxirə salınmış axtarışlara bütün qüvvələrin sərf
edildiyini bildirib.
Axtarışların fəallaşması Malayziya təyyarəsinə
məxsus ola biləcək 122 əşyanın peykdən aşkar edilməsinə təsadüf
edir. Təsvirlər Fransada mənzillənən Airbus Defence and Space
şirkəti tərəfindən çəkilib.
Martın 23-də çəkilmiş görüntülərdəki əşyalardan
biri 23 mert uzunluğundadır, Malayziyanın nəqliyyat naziri
Hişamuddin Hüseyn deyib.
"Bu axtarış əməliyyatlarının yönləndirilməsinə
kömək edəcək yeni dəlildir".
4-cü dəfədir ki, peykdən təyyarəyə məxsus olduğu
güman edilən qırıntılar müşahidə edilir. İndiyədək Boeing
hissələrinin axtarışı üzrə səylər nəticə verməyib.
Əşyalar Avstraliyanın qərb sahilindən qərbə doğru
2,557 km aralıda yerləşir. Dənizdə təhlükəsizlik üzrə Avstraliyanın
dövlət qurumu axtrışda 12 təyyərinin iştirak etdiyini
bildirib.
Martın 8-də МН370 reysilə Kuala-Lumpurdan Pekinə
uçan Malayziya Hava Yollarına məxsus Boeing-777 təyyarəsi göyə
qalxdıqdan bir müddət keçmiş yoxa çıxmışdı. Təyyarənin
göyərtəsindəki 239 adamdan 153-ü Çin vətəndaşı olub.