Paytaxtın ən vacib yollarından biri açıldı

27 Mart 2014 09:20 (UTC+04:00)
Bu gündən Azərbaycanda rəsmi iş günü başlayıb. Bununla əlaqədar paytaxtda yenə də tıxaclar başlayıb. Bu gərgin vəziyyətdə Bakının əsas küçələrdən birində təmir işləri başa çatıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Movqe.az-a verilən məlumata görə, Səməd Vurğun küçəsinin Hənifə Ələsgərov küçəsilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (Heydər Əliyev adına təhsil kompleksinin yanı - şəhər istiqamətində) aparılan təmir işləri yekunlaşıb.Bununla əlaqədar həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.