Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcəyi, gündüzdən başlayaraq bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 15-20°, bəzi yerlərdə 23°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman, gündüzdən başlayaraq bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13°, bəzi yerlərdə 17°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz olacaq. Axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gecə 3-7° isti, gündüz 13-18°, bəzi yerlərdə 21°-dək isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman, gündüzdən başlayaraq bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 2-7° isti, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 15-20°, bəzi yerlərdə 23°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Havanın temperaturunun gecə 4-8° isti, gündüz 13-18°, bəzi yerlərdə 21°-dək isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.