Aeroport yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

27 Mart 2014 10:12 (UTC+04:00)

Bakıda Aeorport yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata əsasən, Bakıda Aeroport şossesində yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi işləri aparılır. Bu məqsədilə martın 27-si saat 10:30-dan 18:00-a qədər Mərdəkan yol qovşağından Hava limanı yol qovşağı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır. Məhdudlaşdırma hələlik yalnız 2 zolaq üzrə olacaq.