Hökümət avtomobilləri e-bayda satışa çıxarıldı

27 Mart 2014 10:55 (UTC+04:00)

İtaliyada hökumət , qənaət tədbirləri çərçivəsində hökümət vasitələrinin bir hissəsini internet vasitisilə hərraca çıxarır.


Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Baş nazir Matteo Renzi , iqtisadi böhran tədbirləri çərçivəsində sosial xərclərinin azaldılması və dövlət vasitələrinin sayının azaldılmasını istəmişdi.


Dövlətə aid 59 min avtomobildən 151-in 16 aprelə qədər e -bay saytında hərracla satılması planlaşdırılır. Satışa çıxarılan vasitələr arasında Jaguar , Maserati , BMW , Aadi , Volvo , Fiat , Lancia kimi bir çox fərqli markalar var.

Baş nazirlikdən edilən şərhdə , "təşkilati vəzifələrin yerinə yetirilməsində artıq ehtiyac duyulmayan və xərc yaradan " vasitələrin satılmaq üçün seçildiyi deyilib.


 Satış əməliyyatının " şəffaf və cəmiyyətə açıq" şəkildə keçirilə bilməsi üçün  internet mühitində aparılmasına qərar verilib.