"Moskvadan Rəqsanənin narkoman dostları zəng edib, ağzımı-üzümü söyürlər"-özəl

27 Mart 2014 11:30 (UTC+04:00)

Əli Mirəliyev və Rəqsanə İsmayılova qalmaqalı yenidən gündəmə gəlib. Mövqe.az xəbər verir ki, Əli Mirəliyevi məhkəməyə verib, ondan üzr istəməsini tələb edən müğənni Rəqsanə haqqında Əli Mirəliyev ağlasığmaz sözlər deyib. Mövqe.az-a açıqlama verən Əli Mirəliyev heç vaxt Rəqsanədən üzr istəməyəcəyini bildirib : " Özü gedib min oyundan çıxır. Təqaüdçü, yaşlı kişiyəm o kimdi ki mən üzr isəyim? Ara oxuyanlar görün hansı səviyyəyə gəlib, çıxır. İtimin adı Reksdi 12 yaşı var. Məndən jurnalist müsahibə alıb, deyib ki, Rəqsanədə gedib Türkiyəyə adnı dəyişib, qoyub Roksi. .. Məndə demişəm vay, mənim itimin adı da Reksdi. Mən ondan niyə üzr istəyim axı ? O gəlib, məndən üzr istəsin. Hələ utanmır deyir ki, Əli Mirəliyev gəlib, məndən üzr istəməlidir. Bilirsiz o gündən mənə Moskvadan və başqa yerlərdən zənglər elətdirir. Rəqsanənin narkoman dostları zəng edib, mənim ağzımı-üzümü söyürlər. Qızım da həmin zəngləri qeyd edib.  Rəqsanə günahı məndə yox özündə və jurnalistlərdə görsün. Getsin versin məhkməyə ! ".

 

Xatırladaq ki, Əli Mirəliyev bağındakı itinə Reks adı verib. Və müğənni Rəqsanəni d dəfələrlə iti ilə müqayisə edib və ona it deyib.