Baş onkoloqdan parnik pomidorları ilə bağlı SOS siqnalı-Özəl

27 Mart 2014 11:22 (UTC+04:00)

Azərbaycanda xərçəng xəstəliyinin daha çox yayıldığı regionun adı açıqlanıb. Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli Movqe.az-a açıqlamasında bildirib ki, cənub bölgəsində xərçəng xəstəliyi hər zaman olduğu  kimi, digər bölgələrlə müqayisədə cənub bölgəsində daha çox müşahidə olunur. A. Kərimli bunun səbəbinin bir neçə amillə bağlı olduğunu söyləyib: "Bir xəstəliyi araşdırmaq üçün həmişə əhali sıxlığına da diqqət yetirmək lazımdır. Misal üçün, paytaxta sıxlıq çoxdur. Eyni zamanda Bakıda ekoloji natəmizlik digər bölgələrə nisbətən çoxdur. Ona görə də Bakıda xərçəng xəstələrinin sayı regionlarla müqayisədə fərqlənir. Eyni zamanda əhalinin məşğuliyyəti məsələsini də götürmək lazımdır. Cənub bölgəsi dədə-babadan tərəvəzçiliklə məşğul olub. Yayda da qışda da pomidor, tərəvəz yetişdirilir və əhali istifadə edir. Pomidor-xiyarların əksəriyyət isə parniklərdən istifadə edilir. Parniklərdə yetişdirilən tərəvəzlər isə kimyəvi kübrələrlə yetişdirilir. Mən 100 faiz demirəm. Amma bunlar hamısı xərçəngin yaranmasını, şərtləndirən amillər hesab olunur.  Yəni məşğulluq faktrı vacibdir".