Müğənnini ayaqüstə alqışladılar

27 Mart 2014 12:08 (UTC+04:00)
Müğənni Cəvahir Abdulova yaradıcılıq səfərindən qayıdıb. Mövqe.az xəbər verir ki, bir neçə gün əvvəl Moskva şəhərində təşkil edilən bayram konsertinə bir çox respublikadan tanınmış ifaçılar qatılıb. Bayram əhval-ruhiyyəli repertuar təqdim edən Cəvahir xanımın ifası ayaqüstü alqışlarla qarşılanıb. Bir çox millətlərin dinlədiyi konsertdə Azərbaycanın musiqiləri ilə yanaşı Dağıstanın xalq artisti Roza Maksumova, Dağıstanın məhşur "Ləzginka" rəqs qrupu, Kamerundan Pyee Aydjo, Braziliyadan Sezar və başqalarının canlı ifaları səslənib.

Cəvahir Abdulova musiqilərimizi dinlətməklə yanaşı, milli bayramımız olan "Novruz", onun adət-ənənələri haaqında izləyiciləri məlumatlandırıb.

Qeyd edək ki, bu konserti Nizami Abdulhəmidoğlu təşkil edib və o, Azərbaycandan C.Abdulovanın səsyazısını dinləyərək dəfələrlə təşkil etdiyi konsertlərə dəvət edib.