Bakıda keçmiş məhbus yenə "ilişdi"
27 Mart 2014 12:47 (UTC+04:00)
Bakıda şəhər sakinlərindən 1 kq-a yaxın marixuana
götürülüb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS
PRESS-ə verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi 1-ci polis
bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində,
Namiq Qafarovdan 460 qram marixuana götürülüb.
Araşdırmalar zamanı Namiq Qafarovun əvvəllər də
məhkumluq həyatı yaşadığı məlum olub. Bundan başqa, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsi
əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə Bakı
şəhər sakini Ağasəlim Əliyevdən 405 qram marixuana
götürülüb.
Hər iki fakt üzrə cinayət işi açılıb, istintaq
aparılır.