Bakı metrosunda qatar tüstü ilə dolub, sərnişinlər qatarları tərk ediblər

27 Mart 2014 13:02 (UTC+04:00)

Bu gün metronun "20 Yanvar" stansiyasında hadisə baş verib

Movqe.az "Qafqazinfo"ya istinadən bildirir ki, təxminən bir saat əvvəl "20 Yanvar" stansiyasında vaqonda qəfildən tüstülənmə baş verib.


Sərnişinlər bildiriblər ki, qapılar bağlanan kimi vaqon tüstü ilə doldu: "Bu zaman bizi vaqondan çölə çıxartdılar".