Xalq artisti sürücü olması ilə bağlı yayılan xəbərdən danışdı - özəl

27 Mart 2014 14:00 (UTC+04:00)

Xalq artisti Azər Zeynalov əvvəllər Əli Mirəliyevin sürücüsü olub. Bu  xəbəri müğənni Əli Mirəliyev özü də Mövqe.az-a təsdiqləyib. Bu haqqda çox danışmaq istəməyən Əli Mirəliyevin yerinə isə oğlu Taleh "Qonaqlıq" verlişində ürəyini boşaldıb : " Bəli Azər mənim böyük qardaşımdı. Amma o, bizim sürücümüz olub. Ora-bura aparıb bizi. Hara demişik sür, sürüb. Hər kəs bilir ki, o bizim sürücümüz olub".


Azərbaycanın və Dağıstanın xalq artisti Azər Zeynalov isə Mövqe.az vasitəsilə məsələyə aydınlıq gətirib. Bu haqda danışmaq istəməyən xalq artisti sonradan bir neçə kəlmə söyləyib. Xalqın sevgisini qazanan müğənnin keçmişdə hansı peşə sahibi olub-olmaması onu sevənlər üçün heç bir əhəmiyyət daşımasa da, Azər Zeynalovun açıqlamasını olduğu kimi sizə təqdim edirik : 


" Mənim Əli müəllimə və ailəsinə həmişə hörmətim olub və var. Amma mən belə söhbəti nə Əli müəllimdən, nə də onun ailəsindən heç gözləməzdim.  O uşaq mənim gözümün qabağında böyüyüb. (Əli Mirəliyevin oğlu Taleh nəzərdə tutulur -red) Toylarımız şəhərin mərkəzində olan zaman mən Əli müəllimi evindən götürüb, birlikdə toya getmişik. Amma heç zaman onun məni hörmətdən salmaq məqsədilə dediyi kimi onun şəxsi sürücüsü olmamışam! Mən Əli müəllimə sadiq dost olmuşam . Sadəcə sizə bir söz deyim, bir insan digərinə kömək edəndə, hörmət edəndə, sözünü yerə salmayanda o şofer kimimi yoxsa ki, hambal kimimi qələmə verilməlidi ? Mən bu məsələni buraxıram Əli müəllimin öz vicdanına... Sadəcə bir söz deyim mən belə söhbətləri nə Əli Mirəliyevdən, nə də ki, onun ailəsindən gözləməzdim. Bəli, mən Əli Mirəliyevin ansamblında bir il yarım "udarnik" ifa etmişəm. Bu hər kəsə məlumdu. Mən elə bugün də  əlimdən gələn yaxşılıqları heç bir insandan əsirgəmirəm və burada da heç bir qəbahət görmürəm".