Mobil telefon və tablet sizi öldürə bilər

27 Mart 2014 14:44 (UTC+04:00)

Mobil telefon və tablet kompüterlərin uzun müddət istifadəsinin ürək və tənəffüs xəstəlikləri riskini artırdığı və hətta ölümə yol aça biləcəyi təyin olunub. 


Movqe.Az xəbər verir ki, İngiltərədəki Kayropraktika Dərnəyinin araşdırması, uzun müddət mobil telefonu və tablet kompüter istifadə edənlərin onurğa əyriliyindən əziyyət çəkdiyini, bu duruş formasının tənəffüs və qan axımına mənfi təsir etdiyini, növbəti yaşlarda tənəffüs və ya ürək xəstəliklərindən ölüm riskini artırdığını göstərib. 


Araşdırmada, donqar duruşun piylənmə qədər pis olduğunu və ölüm riskinin bədəninin kütlə indeksinin 30 faizindən çox olan insanla eyni olduğu deyilib.




Mütəxəssislər, vərdişlərin dəyişdirilməsi, bu cihazların istifadə müddətinin azaldılması və ya cihazların gözdən uzaq məsafədə  istifadə edilməsiylə riskin azaldıla biləcəyinə diqqəti çəkib.