Milyarderlər şəhərində evsiz insanlar

27 Mart 2014 15:01 (UTC+04:00)

Silikon Vadisi gənc yaşda onlarla milyarder çıxarsa da ABŞ-ın ən çox evsiz əhalisinin yaşadığı beşinci şəhər seçilib.


Çıxardığı gənc varlılarla tanınan ABŞ-ın Kaliforniya əyalətindəki Silikon Vadisi üçün əslində göründüyü qədər görkəmli olmadığını göstərən bir məlumat aşkar olunub.


Movqe.Az xəbər verir ki, Silikon Vadisi ABŞ-ın ən çox evsiz əhalisinin yaşadığı beşinci bölgə olub. Silikon Vadisində ev icarəsi son dövrlərdə 55 faiz artıb , Silikon Vadisi işçiləri ABŞ-da 4 nəfərlik ailəni dolandırmaq üçün lazım olan illik 90 min dollar gəlirdən az pul alır. .


Evsiz sayının çoxalması yalnız Silikon Vadisinə xas deyil. Bütün San Fransiskoda evsizlərin sayı artıb.

 Evsizlər San Josedəki düşərgələrə getmək məcburiyyətində qalır.