Sərnişin avtobusunda cibgir tutuldu

27 Mart 2014 15:03 (UTC+04:00)
Bakının Nəsimi rayonunda sərnişin avtobusunda cibgir tutulub.Movqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 83 saylı xətt avtobusunda Bakı şəhər sakini Bəhman Məmmədovun cibindən 35 manatını oğurlanıb. Nəsimi rayon Polis İdarəsi 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cibgir Amil Əzimov tutulub. Ondan 1,021 qram heroin götürülüb. Araşdırmalar zamanı onun əvvəllər də bir neçə də məhkumluq həyatı yaşadığı məlum olub.Faktla bağlı araşdırma aparılır.