İspaniya yeni rəqibini gözləyir

19 İyun 2012 12:52 (UTC+04:00)

Movqe.azxəbər verir ki, EURO 2012 Avropa Futbol Çempionatı C Qrupunda keçirilən oyunda  Xorvatiyanı 1-0 məğlub edərək dörddə bir finala yüksələn İspaniya yeni rəqibini gözləyir. PGE Arena Gdansk Stadionunda baş tutan qarşılaşmada İspaniya 88-ci dəqiqədə Navasın atdığı qolla 1-0 qalib gəlib. Son oyunlara 4 bal və 4 averajla ilk sırada girən İspaniya oyuna Kasillas, Pique, Sergio Ramos, Arbeloa, Jordi Alba, Iniesta, Xavi, Xabi, Alonso, Baskvets, Silva və Torres ilə oyuna başlayıb. Xorvatiya isə stadiona Pletikosa, Strinic, Korluka, Şildenfeld, Vida, Pranjic, Rakitic, Vukojevik, Modrik, Srna və Mandzukiklə çıxıb. Oyuni sonunda İspaniya 7 xalla matçı tamamladı və dörddə bir finala yüksəldi. İspaniyanın dörddə bir finaldakı rəqibi isə bu gün keçiriləcək olan  İngiltərə-Ukrayna və İsveç-Fransa matçlarından sonra müəyyən olacaq.