Zaurun "Ümid var"nı yeni verliş əvəzləyəcək - özəl

27 Mart 2014 15:40 (UTC+04:00)
"Aparıcı Zaur Baxşəliyev yeni layihə ilə efirə qayıdacaq. Bu barədə Mövqe.az-a "Ümid var" verlişinin layihə rəhbəri Namənd Rüstəmov bildirib : " İnşallah tezliklə yeni layihə ilə efirə qayıdacağıq. Bütün heyyətlə birlikdə yeni daha da reytinqli bir verlişlə tamaşaçıları sevindirəcəyik".


"Sizcə həmin layihə "Ümid var " kimi reytinq qazana biləcəkmi" sualına N. Rüstəmov belə cavab verib : "Ümid var"ı da elə sevilən, reytinqli edən biz idik. Həmin layihənin üzərində də biz işləyəcəyik. Bütün heyyət bir arada daha uğurlu layihə edəcəyik. Daha reytinqli bir verliş olacaq".


Qeyd edək ki, verlişin hansı formatda olacağı hələki sirr saxlanılır.