Azərin Türkiyənin tanınmış sənətçiləri ilə bir arada

27 Mart 2014 16:21 (UTC+04:00)

Azərbaycanın əməkdar artisti Azərinin Türkiyədəki fəaliyyəti davam edir. Mövqe.az xəbər verir ki, sənətçimiz bu dəfə İstambuldakı Küçükçekmeçi bələdiyyəsinin təşkil etdiyi "Bir hilal uğruna" konsertində Türkiyənin tanınmış sənətçiləri ilə yanaşı səhnədə yer alıb. Azərbaycan sənətçisi sözləri Zümrüd Tağıyevaya məxsus iki əsərlə Çanaqqala şəhidlərini yad edib.

Bundan əlavə əməkdar artistimiz Novruz bayramı ilə əlaqədəar Türkiyənin İqdır şəhərində minərə izləyi üçün maraqlı konsere proqramı təqdim edib. Azərbaycanın tanınmış əsərlərini Azərin türk tamaşaçıları ilə birgə ifa edib.