Suriyada daha iki azərbaycanlı öldürüldü (FOTO)
27 Mart 2014 17:05 (UTC+04:00)
Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər
yayılıb. Bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.
Məlumata görə, ölən döyüşçülər "İraq Şam Dövləti" silahlı
qruplaşması tərkibində vuruşan "Səlahəddin" və "Ləzgi Həmzə"
ləqəbli Azərbaycan vətəndaşlarıdır.
"Səlahəddin" ləqəbli azərbaycanlının əsl adının Mahmud, özünün isə
Azərbaycanın Şəki rayonundan olduğu bildirilir.Mücahidlər hər iki
şəxsin fotosunu sosial şəbəkələrdə paylaşıb. Onların bir müddət
əvvəl öldürüldüyü bildirilir.Qeyd edək ki, Suriyada vəziyyət
gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə
gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən
müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb.
Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə
yayılıb.
Bundan bir neçə gün əvvəl isə Suriyada bir gündə 12 azərbaycanlı
döyüşçünün öldürüldüyü barədə məlumat yayılıb.