Bu qəsəbələrdə sabah su olmayacaq

27 Mart 2014 18:52 (UTC+04:00)

"H.Z.Tağıyev adına Su Kəmərləri" İdarəsinin 1 saylı nasos stansiyasında yenidənqurma işlərinin aparılması ilə əlaqədar magistral xətlə içməli suyun verilməsi dayandırılır. "Azərsu" ASC-nin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata götə, bununla əlaqədar 28 mart 2014-cü il tarixdən 24 saat müddətinə H.Z.Tağıyev qəsəbəsi, Sumqayıt stansiyası, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi, Abşeron rayonunun Qobustan, Çaylı, Pirəküşkül, Nübar və Binəqədi rayonunun 28 may yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.