Müdafiə Nazirliyi kapitanın həbsi xəbərini təsdiqlədi

27 Mart 2014 17:40 (UTC+04:00)

Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) Gəmilərin Xilasetmə Divizionunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov barəsində həbs-qətimkan tədbiri seçilib.Nazirliyin mətbuat xidmətindən faktı Trend-ə təsdiqləyərək qeyd ediblər ki, bu hadisə martın əvvəllərində baş verib.Hazırda faktla bağlı Respublika Hərbi Prokurorluğunda istintaq gedir və İ.Əsgərovun digər cinayətlərdə də əlinin olub-olmadığı araşdırılır.Qeyd edək ki, bir sıra mənbələrdə İ.Əsgərovun HDQ-nin Avtomobil Xidmətinin rəisi və Gəmilərin Xilasetmə Divizionunun komandiri işlədiyi zaman hərbi birləşmənin Mənzil İstismar Sahəsinin balansında olan mülkiyyəti saxta sənədlə satdığı bildirilir.