“Leksus“ partladı - Dünya çempionu öldü, arvadı ağır vəziyyətdə
27 Mart 2014 19:11 (UTC+04:00)
Kikboksinq üzrə dünya çempionu Ruslan Abasovun
"Leksus" markalı avtomobili partlayıb.
AzNews.az "Veçerniy Bişkek" dərgisinə istinadən xəbər verir ki,
Qırğızıstanda avtomobilinin partlaması nəticəsində tanınmış idmançı
Ruslan Abasov həlak olub. Onun arvadı isə ağır vəziyyətdədir.
Hadisə qırğız şəhəri Tokmakda baş verib. Maşında Ruslan Abasov ilə
arvadı olub. İdmançı xəstəxanaya aparılarkən yolda keçinib, həyat
yoldaşı isə reanimasiyada ağır vəziyyətdədir.
Xəbərdəki məlumata görə ağ Leksus GX470 partlayışlın zərbəsindən
havaya uçub.
Hadisə yerində araşdırma aparılır.
Ruslan Abasov rinqdə çoxlu gözəl nəticələr göstərib. O, WBKF
versiyası üzrə dünya çempionu, WAKO versiyası üzrə isə ikiqat dünya
çempionu olub.