Bu qərar “Google”a böyük zərbə ola bilər

19 İyun 2012 12:55 (UTC+04:00)

Movqe.Az bildirir ki, Oyun nəhəngləri "EA" və "Wooga", həftə ərzində "Google+" ilə iş əlaqələrini bitirəcəklərini açıqlayıblar. Bu isə "Google+"in "Facebook"la ictimai oyun sahəsindəki rəqabətinə böyük zərbə vura bilər.

"Google+", keçən ilin avqust ayında oyun səhifəsini dövrəyə buraxıb və "Angry Birds", "Zynga Poker" kimi məşhur oyunları öz qovluğuna daxil edib.

Amma indi "Wooga Monster World"u səhifədən çıxarıb və beləliklə "Bubble Island" və "Diamond Dash" oyunları sıradadır. Bu oyunların üçü də "Facebook"da çox oynanılan, müvəffəqiyyətli oyunlardır.

Bir şirkətin spikeri, "Bəzi oyunları "Google+"dan götürməyi qərara aldıq, çünki "Facebook"da izləyici sayı daha çoxdur və bunların da çoxu aktiv istifadəçilərdir" sözlərini söyləyib.

Bunun kimi,  "Electronic Arts" tərəfindən alınmış "PopCap" da həftənin sonuna qədər "Bejewelled Blitz"i "Google+"dan geri götürəcək.

Şirkət,  "PopCap" olaraq "Bejewelled Blitz"i "Google+"dan qaldıraraq qaynaqlarımızı "Bejeweled"in digər distributivləri üçün istifadə etməyə qərar verdik" deyib.

Hal-hazırda "Google+" istifadəçilərinə 40-dan çox oyun təqdim edir, amma "Facebook" yenə də seçilən platforma olaraq qalmaqda davam edir.