Məhkumlardan telefon aşkarlandı
27 Mart 2014 19:20 (UTC+04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən
həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində
məhkumlardan qadağan olunmuş əşyalar götürülüb. Penitensiar
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən
məlumata görə, 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum
Maarif Tarif oğlu Bağırovun üzərinə baxış keçirilən zaman alt
paltarının içərisində gizlədilən 1 ədəd "Nokia" markalı mobil
telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Maarif Bağırov Cinayət Məcəlləsinin 181.3.1; 181.3.2;
181.3.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum
edilib.Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş
digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq
Təcridxanasında saxlanılan Anar Qəhrəman oğlu Əliyevin üzərinə və
saxlanıldığı kameraya baxış keçirilən zaman onun cibindən daxilində
danışıq kartı olmayan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı
aşkar edilərək götürülüb.Qeyd edək ki, Anar Əliyev Cinayət
Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinərək həbs edilib.Hər
iki fakt üzrə araşdırma aparılır.