ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaları və Ukraynaya yardımı dəstəkləyib

27 Mart 2014 22:44 (UTC+04:00)
ABŞ Konqresinin Senat və Nümayəndələr Palatası bu gün ayrı-ayrılıqda təqdim olunmuş Ukraynaya yardım göstərilməsini nəzərdə tutan 2 qanun layihəsini dəstəkləyib. Movqe.az-ın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, qanun layihələrinin hər biri Ukraynaya 1 mlrd dollar məbləğində maliyyə yardımının ayrılmasını nəzərdə tutur.
"RİA Novosti" qeyd edir ki, sənədlərdə, həmçinin, Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsinin vacibliyi də vurğulanıb.