Türkiyədə “YouTube”a giriş qadağan edilib
27 Mart 2014 22:50 (UTC+04:00)
Türkiyənin Rabitə və Telekommunikasiya İdarəsi "YouTube" video
servisinə internetin milli seqmentindən məşhur "YouTube" video
servisinə birbaşa girişinin bağlanmasına qərar verib.Movqe.az-ın
"Hurriyet Daily" qəzetinə istinadən verdiyi xəbərə görə, qurumun
rəsmi saytında, YouTube.com resursunun statusunun yoxlanılması
bölməsində video servisə girişin bağlanıldığı qeyd olunub.
"Hurriyet Daily" qeyd edir ki, Türkiyənin güc strukturlarının
yüksək rütbəli nümayəndələrinin görüşü əks olunan videoyazı
"YouTube"də dərc edildikdən bir neçə saat sonra Telekommunikasiya
İdarəsi (TIB) qeyd olunan video servisə girişi bağlayıb. Qəzetin
məlumatına görə, görüş zamanı Suriyaya mümkün hərbi müdaxilə
məsələsi müzakirə olunub."Röyters" agentliyi qeyd edir ki, Türkiyə
XİN rəhbəri Əhməd Davudoğlu, öz növbəsində, qeyd edib ki, gizli
kameraya çəkilmiş qeyd olunan videoçarx qismən redaktə olunub.
Nazir qeyd edib ki, videoçarxın yayımlanması ölkənin milli
təhlükəsizliyinə təhlükə yaradır.
Qeyd edək ki, ötən həftə Türkiyədə məhkəmə "Twitter" mikrobloqlar
servisinə girişə qadağa qoyub.Türkiyə hakimiyyətinin bu qərarı
ictimaiyyət tərəfindən kəskin tənqidə səbəb olub.