Tovuzda baş vermiş atışmada hərbçimiz yaralandı
28 Mart 2014 09:10 (UTC+04:00)
Erməni silahlı qüvvələri gecə saatlarında Tovuz rayonu Əlibəyli
kəndi istiqamətində atəşkəsi pozub.
ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, Son ayların ən
qızğın döyüşlərindən biri kimi qəbul edilən atışmada ermənilər iri
çaplı silahlarla Tovuz rayonu Əlibəyli kəndini aramsız olaraq atəşə
tutublar.Gecə saatlarında Əlibəyli kəndinin erməni silahlı
qüvvələri tərəfindən atəşə tutulması nəticəsində Azərbaycan
ordusunun hərbçisi də ayağından yaralanıb. Hələ ki, onun adı
açıqlanmayıb.Düşmən həmləsi həmçinin kənd sakinlərindən bəzilərinə
maddi zərər vurub. Belə ki, onlardan bəzilərinin evlərinin və
avtomobillərinin şüşəsinə zərər dəyib.Qeyd edək ki, atışma zamanı
Əlibəyli sakini 44 yaşlı Tağıyev Elman Qoca oğlu düşmən gülləsinə
tuş gələrək ayağından yaralanıb.