Masallıda ölümlə nəticələnən
zəncirvari yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub
bürosunun məlumatına görə, hadisə martın 27-də saat 21.00
radələrində rayonun Bambaşı kəndi ərazisində qeydə alınıb.
"VAZ-2107", "VAZ-21011" və "Mitsubishi Pajero" markalı minik
avtomobillərinin bir-biri ilə toqquşması nəticəsində "VAZ-21011"-in
sürücüsü, Masallının Güllütəpə kənd sakini, 1948-ci il təvəllüdlü
İmaməli Feyruz oğlu Qubadov aldığı çoxsaylı bədən
xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Həmin
avtomobilin sərnişinləri, rayonun Güllütəpə kənd sakinləri, 1947-ci
il təvəllüdlü Qızxanım Xanı qızı Qubadova və 1954-cü il təvəllüdlü
İstəgül Səlimxan qızı Qubadova, həmçinin "VAZ-2107" markalı
avtomobilin sərnişini, Masallı şəhər sakini, 1989-cu il təvəllüdlü
Ülvi Akif oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə
Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım
Stansiyasının Masallı Regional Mərkəzinə yerləşdiriliblər. Müvafiq
tibbi yardımdan sonra hər 3 yaralının vəziyyəti hazırda kafi
qiymətləndirilir.
Faktla bağlı Masalı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.