Qarpız satan aktyor keçmişini danmadı

28 Mart 2014 11:30 (UTC+04:00)
Aktyor Fərda Xudaverdiyev keçmişi ilə bağlı maraqlı faktları etiraf edib. Mövqe.az xəbər verir ki,  aparıcı Zaur Kamalın "5/5" verlişində yumor ustası F. Xudaverdiyev qarpız satığını və çörək zavodunda  işlədiyini açıqlayıb. Aktyor bu peşələrdə imkansız olduğu üçün çalışdığını da qeyd edib : 


" Bəli, ehtiyacım olduğu üçün qarpız da satmışam, çörək zavodunda da çalışmışam. Hətta müğənnilik də etmişəm. Bu sənətə bu gün hamı imkansızlıqdan gəlir. İmkanı olanların bu sənətdə nə işi var ?".