Bakıda qızı zorlayan gənc oğlanın qanı töküldü
28 Mart 2014 11:34 (UTC+04:00)
Bakıda qızı görüşə çağırmaq üstündə oğlanların qurduğu plan sonda
qanla bitib. Gənc oğlan bakirəliyini pozduğu qızı görüşə çıxarmaq
üçün fənd işlətsə də, alınmayıb. Butün bu məsələlərin üstü Suraxanı
rayonu Yeni Günəşli qəsəbəsi "V" yaşayış sahəsində Bakı şəhər
sakini Emin Əliyevin bıçaqlanmasından sonra üzə çıxıb. Suraxanı
rayon Polis İdarəsindən verilən məlumata görə, Ağstafa sakini Mahal
Əhmədov bir müddət əvvəl bir qızla münasibətdə olub, sonra isə onun
bakirəliyini pozub. Üstündən bir müddət keçəndən sonra qızla
araları dəyib, qızı görüşə çağırsa da, buna nail olmayıb. Tanışı
Emin Əliyevlə plan quraraq onu qızın evinə göndərib. Qızın
mənzilinin qapısını Emin dəfələrlə döysə də, üzünə açılmayıb. Sonra
isə həmin yerə Mahal gəlib və aralarında mübahisə düşüb. Mahal
bıçaqla Emini yaralayıb.
Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşları
Mahal Əhmədovu tutub, hadisənin başqa iştirakçısı olan Osman adlı
şəxsi isə axtarır.