Timoşenko Prezident seçkilərində namizəd olacaq!

28 Mart 2014 11:40 (UTC+04:00)

Ukraynada Narıncı İnqilabın məşhur liderlərindən olan,  "Narıncı Şahzadə" ləqəbli Yulya Timoşenko , may ayında təşkil ediləcək preziden seçkilərində namizəd olacağını açıqlayıb


Ukraynada noyabrda başlayan və üç ay sonra Krımın Rusiya tərəfindən işğalıyla nəticələnən AB tərəfdarı etiraz nümayişlərinin lideri , keçmiş Baş nazir Yulya Timoşenko , 25 mayda təşkil ediləcək prezident seçkilərində namizəd olduğunu açıqlayıb.


 Movqe.Az xəbər verir ki, Ukrayna və Rusiya arasındakı qırılma prosesi kimi qəbul edilən Narıncı İnqilabın ( Noyabr 2004 -Yanvar 2005) simvolik siyasətçisi 54 yaşındakı Timoşenko , "Ukraynanın bütövlüyü üçün " namizəd olacağını söyləyib. 


 Narıncı İnqilabdan sonra Baş nazir (dekabr 2007 -Mart 2010) olan Ukraynanın Dəmir Leydisi Timoşenkonun avqust ayında, 2011-ci ildə həbs olunması ölkəsini 188 milyon dollar zərərə məruz qoymaqda təqsirləndirilməsi , Qərbin ona sahib çıxmasıyla nəticələnmişdi. 


Timoşenko 7 il həbsə məhkum olmasına rəğmən , keçmiş Dövlət Başçısı Viktor Yanukoviçin ölkəni tərk etməsiylə sərbəst buraxılmışdı.