Prezidentin sevgilisi məhkəməni qazandı

28 Mart 2014 12:12 (UTC+04:00)

Fransa prezidenti Hollandenin sevgilisi Culie Qayet, Fransız maqazin jurnalı "Closer"ə açdığı məhkəməni qazanıb. 


Movqe.Az "Guardian"a istinadən xəbər verir ki, Fransa prezidenti Fransua Hollandenin sevgilisi Culie Qayet Fransız maqazin jurnalı "Closer"ə şəxsi həyatının gizliliyini pozması səbəbiylə açdığı iddianı qazanıb. Jurnal Qayetə 15 min avro pul ödəyəcək.


Nanterre Ali Məhkəməsi, 59 yaşlı Hollande  və 41 yaşlı Qayetin fotoşəkillərini nümayiş etdirən jurnalı, Qayetə 15 min avro ödəməyə məhkum edib.


Qayet jurnala 50 min avroluq təzminat iddiası açmışdı. Jurnal yanvar ayında, "prezidentinin gizli eşqi" başlığını ataraq, Hollande və Qayet arasındakı eşqlə əlaqədar 7 səhifəlik xəbər vermiş və normal tirajını iki dəfə artıraraq 600 mindən çox satış etmişdi.