Tanınmış jurnalistin səsyazması yayıldı - video - özəl

28 Mart 2014 12:14 (UTC+04:00)

Tanınmış teleaparıcı Elçin Əlibəyli yeni layihə ilə efirə qayıdır. Mövqe.az xəbər verir ki, həmin layihənin anonsu artıq sosial şəbəkələrdə yayımlanmağa başlayıb. Jurnalist E. Əlibəyli yeni layihəsi barədə özəl olaraq Mövqe.az-a danışıb : " Bu il televiziya mövsümündə Rusiyada məşhur bir layihə başladı. Həmin layihədə ən əsas mövzu qadın-kişi münasibətləri idi. Bu mövzu məni çox maraqlandırdı və hesab etdim ki, bizdə də belə bir layihə etmək çox maraqlı olar. Layihə üzərində işlədik və hazır etdik. Layihədə əsas mövzu qadın-kişi münasibətləridi. Belə ki, kişilər elə hesab edir ki, qadınların fikri yoxdu, onlar ancaq intuisiyalarına güvənirlər. Qadınlar isə başqa cür düşünür və beləliklə də konflikt yaranır". 


" Bəs Elçin Əlibəyli necə düşünür " sualına isə həm layihə rəhbəri, həm də ki, aparıcı belə cavab verib: " Əsas düşüncələrimi bu barədə verlişdə deyəcəm. Amma heç də qadınların tərəfində olmayacam".


Qeyd edək ki, verliş gələn həftənin çərşəmbə günü 21:35-də Space telekanalında yayımlanacaq. 


Verlişin anonsunu sizə təqdim edirik :