Mədət Quliyevdən yeni təyinat

28 Mart 2014 13:19 (UTC+04:00)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətində kadr dəyişikliyi olub. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edilib. Mehman Sadıqov APA-ya açıqlamasında xidmətin rəisi Mədət Quliyevin əmri ilə PX-nin "Cəmiyyət və cəza" jurnalının baş redaktoru - şöbə rəisi vəzifəsinə təyin olunduğunu açıqlayıb.Hələlik İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunmayıb.