Xaricdə təhsil alan azərbaycanlı tələbələr ən çox bu ölkənin universitetlərini seçir

28 Mart 2014 15:30 (UTC+04:00)

Türkiyə ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı son 3 ildə 31 min 170-dən 54 minə yüksəlib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyədəki 184 universitetdə 5 milyon 436 min 300 tələbənin təhsili ilə 141 min 674 pedaqoji kadr məşğul olur. Bununla da universitetlərdəki tələbə sayı dünyadakı 128, Avropadakı 11 ölkənin əhalisindən daha yüksəkdir.Dünyanın 93 ölkəsindən tələbələr Türkiyənin müxtəlif universitetlərində təhsil alır. Xarici tələblərin sayına görə İstanbul Universiteti (4 519 tələbə), Ankara Universiteti (2 660 tələbə) və Mərmərə Universiteti (2 439) öndədir. Türkiyə universitetlərində təhsil alan xarici tələblərin sayına görə ilk sırada 6 861 tələbə ilə Türkmənistan, ikinci sırada 6 703 tələbə ilə Azərbaycan, üçüncü sırada isə 4 266 tələbə ilə İran yer alır.