Uşaqlar üçün təhlükəli qidalar

28 Mart 2014 20:00 (UTC+04:00)

Amerikanın Pediatriya Akademiyası uşaqlar üçün təhlükəli olan qidaların siyahısını açıqlayıb. Akademiya aşağıdakı qidalarla bağlı valideynlərə xəbərdarlıq edib. Beləliklə, uşaqlar üçün təhlükəli olan qida maddələri aşağıdakılardır:


1-Hamburger: Hazırlanmasında ən zərərli yağ növü olan doymamış yağlardan istifadə edildiyi üçün hamburger uşaqlarda artıq çəkiyə zəmin yaradır və ürək-damar xəstəlikləri də başda olmaqla bir çox xəstəliyin riskini ciddi şəkildə artırır.

2. Kartof qızartması: İçərisində yüksək miqdarda akrilamid maddəsi olduğuna görə tez-tez istifadə olunduqda damar sərtləşməsi, köklük və xərçəngə səbəb olur.

3. Rəngli qənd: İçində boyaq əmələ gətirən kimyəvi maddələri toplayan qəndlər diş çürüməsi başda olmaqla, köklük, şəkər, ürək-damar xəstəlikləri, xərçəng, yüksək təzyiq, iflic, astma, revmatizm, xroniki yorğunluq sindromu və sümük əriməsinə səbəb olur.

4. Partladılmış qarğıdalı (Pop-korn): Tədqiqatlar yüksək kalorili partladılmış qarğıdalının tərkibində doymuş yağların çox olduğunu göstərir.

5. Fısdıq: Təsadüfən rastlansa da, ölümlə nəticələnən fısdıq allergiyasına görə uşaqlara fısdıq verilməsi təhlükəli hesab edilir.

6. Tort: Tortun içərisində şəkər, yağ, un kimi qida maddələrinin çox olması mədə xəstəliklərinə səbəb olur.

7. Konservləşdirilmiş balıq: Dünyada ən çox istifadə edilən qida növü olmasına baxmayaraq, konservləşdirilmiş balığın həddindən artıq istifadəsi sinir sistemi və ürək xəstəliklərinin riskini artırır. 

8. Göbələk: Bu bitkinin yabanı növləri zəhərlənmələrə səbəb olur.

9. Sosis: Amerikanın Pediatriya Akademiyası 10 yaşından kiçik uşaqlarda boğulma hallarının yüzdə 17-sinin sosisdən qaynaqlandığını açıqlayıb.

10. Kolbasa: Tərkibində soda və nitrit olan kolbasa və sosisinin istifadəsi xərçəngə yol açır.

11. Makaron: Xəmirdən hazırlanan makaronun çox yeyilməsi həm artıq çəki, həm də mədə xəstəliklərinə zəmin yaradır.

12. Çips: Mütəxəssislər çipsin xərçəngdən köklüyə, diabetdən Altsheimer xəstəliyinə qədər bir çox xəstəliklərə səbəb olduğunu söyləyirlər.

13. Dondurma: Tərkibindəki maddələrin asanlıqla xarab olmasına görə bağırsaq xəstəliklərinə yol açır. Ancaq kalsium baxımından zəngin olduğu üçün nəzarət altında istifadəsi məsləhət görülür.

14. Üzüm: Antioksidant baxımından zəngin bir meyvə olan üzümün də valideynlərin məsləhəti ilə istifadəsi daha məqsədə uyğundur.

15. Salatlar: İçərisində olan mayonezin asit (sirkə və ya limon suyu) istifadə edilərək hazırlanması, qida ilə bağlı xəstəliklərə səbəb olur.

16. Şokolad: Tərkibində yüksək miqdarda kakao, şəkər və əlavə maddələr olan şokolad qandakı xolesterolun miqdarını yüksəldir. Odur ki, yeyilən şokoladın miqdarına diqqət etmək lazımdır.

17. Hazır şorbalar: Toz halına salınmış, dəfələrlə emal edilmiş, içərisində çoxlu miqdarda əlavə maddələr olan hazır şorbalar xərçəngə səbəb olur.

18. Çiy yumurta: Tərkibində olan zərərli salmonella mikrobuna görə xəstəliklərə və zəhərlənməyə yol açır.

19. Dondurulmuş qidalar: Dondurulma əməliyyatları zamanı zərərli orqanizmlər əmələ gəldiyi üçün dondurulmuş qidalar mədə və bağırsaq xəstəliklərinə səbəb olur.

20. Xəmir yeməkləri: Bu cür yeməklər həm xolestrolun nizamını pozur, həm də yüksək kalorili olduğundan artıq çəki problemi yaradır.


Unutmayın ki, bütün bu məsləhətlərə əməl etməklə, uşaqlarınızın sağlamlığını qoruyacaqsınız.