NATO-nun yeni rəhbəri Norveçin sabiq baş naziri ola bilər

28 Mart 2014 19:15 (UTC+04:00)

NATO-nun yeni Baş katibi Norveçin sabiq Baş naziri Yens Stoltenberq ola bilər. Movqe.az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi diplomatik dairələrdəki mənbəyə istinadən xəbər verir. Qeyd edək ki, hazırda təşkilata Anders Foq Rasmussen rəhbərlik edir.