Ümumi borc 1,5 milyard avrodur

28 Mart 2014 19:30 (UTC+04:00)

Ötən mövsümün yekunlarından sonra İtaliya A seriyası klublarının maliyyə vəziyyəti açıqlanıb.Movqe.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" araşdırma aparıb. Ümumi gəlir hissəsi 8% - 1,772 milyard avro artıb. Ümumi məsrəflər isə 4 % - 2,365 milyard çoxalıb. Yəni İtaliya klublarının ümumi borcu hazırda 1,5 milyard avrodur. Ən az borc "Fiorentina"dadır. Onların borcu cəmi 5,1 milyon avrodur. Ən böyük borc isə - 293 milyon "İnter"indir. "Yuventus"un borcu 227,1 milyon təşkil edir. "Milan"ın borcu - 221,6 milyon, "Roma"nın – 136,3, "Lasio"nun isə - 102 milyona bərabərdir.