Yaşar Nuri Bakıya qayıdır - Eksklüziv

19 İyun 2012 13:33 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın xalq artisti və Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri Bakıya qayıdır. 

Məlumata görə məşhur aktyor  bu həftə Bakıya qayıdır. Bu xəbəri eşidib, Movqe.Az-ın əməkdaşı aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva ilə əlaqə saxlayıb.

Rəhimə Nuriyeva verdiyi açıqlamada xəbəri təsdiqləyib.

"Hal-hazırda Yaşar Nurinin səhhəti yaxşıdır. Həkimlər onun evə gedə biləcəyini bildiriblər. Və Bakıya gəlməyə də icazə veriblər. Lakin həkim deyib ki, bir müddət sonra Yaşar yenidən Türkiyəyə gəlib müayinədən keçməlidir.

Dəqiq bir gün seçməmişik, lakin dəqiq deyirəm ki, yaxın günlər də Yaşar Bakıya qayıdacaq", - R.Nuriyeva bildirib.

Türkan Nadirqızı

Movqe.Az