NATO-nun yeni baş katibi təyin edilib

28 Mart 2014 19:22 (UTC+04:00)

Norveçin sabiq baş naziri Yens Stoltenberq NATO-nun yeni baş katibi təyin edilib.


APA-nın Şimali Atlantika Alyansının mətbuat xidmətinə istinadən xəbərinə görə, yeni baş katib oktyabrın 1-dən səlahiyyətlərinin icrasına başlayacaq.

 

Beş ildən artıqdır NATO-nun baş katibi postunu tutan Anders foq Rasmussenin səlahiyyət müddəti həmin gün başa çatacaq.

 

 NATO-nun yeni baş katibi Norveçin sabiq baş naziri Yens Stoltenberq olacaq.

 

APA-nın xəbərinə görə, bu barədə "Röyters"in diplomatik mənbələrə istinadən yaydığı məlumatda bildirilir.

 

Qeyd edək ki, hazırda alyansa Anders Foq Rasmussen rəhbərlik edir.