Aeroportda 3 Ermənistan vətəndaşı saxlanıldı
28 Mart 2014 19:46 (UTC+04:00)
Ukraynanın paytaxtı Kiyevin "Borispol" hava
limanında nəzarət-buraxılış məntəqəsinin əməkdaşları Romaya getmək
istəyən 3 Ermənistan vətəndaşını saxlayıb. Saxlanılan
ermənilərin sənədləri yoxlanılıb. Məlum olub ki, onların Ukraynada
qalmaq üçün qeydiyyat müddətinin vaxtı bitib və Yunanıstanda mülk
sahibi olmaq üçün saxta sənəd də düzəldiblər. Günorta saatlarında
isə "Borispol" hava limanında nəzarət-buraxılış məntəqəsinin
əməkdaşları özünü şübhəli aparan, İstanbuldan gələn 47 yaşlı
sərnişini də saxlayıb. O, Latviya vətəndaşı olduğu qeyd edilən
sənədi əməkdaşlara təqdim etsə də, sənədin saxta olduğu üzə çıxıb.
Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxs Gürcüstan
vətəndaşıdır. O, 800 dollar dəyərində olan sənədlərlə İsveçin
paytaxtı Stokholma getmək istəyirmiş. Hava limanın əməkdaşları
Gürcüstan vətəndaşını geriyə göndərib.(ANS