Ermənilər yenidən Əlibəylini atəşə tutdu
28 Mart 2014 19:50 (UTC+04:00)
Erməni hərbi qüvvələri yenidən Əlibəyli
istiqamətində arəşkəsi pozublar. "Axar.az"ın Əlibəyli
kəndindən aldığı məlumata görə, hazırda atışma davam edir. Evlər
iriçaplı silahlardan atəşə tutulur.
Son məlumata görə, Əlibəyli sakinlərindən birinin evinin dam örtüyü
iriçaplı silahdan açılan atəşlə dağıdılıb. Azərbaycan Ordusunun
cavab atəşi və əməkiyyatları ilə bağlı məlumat yoxdur.