Azərbaycan yay vaxtına keçir
29 Mart 2014 10:01 (UTC+04:00)
Mart ayının 30-u Azərbaycan Respublikasında yay
vaxtına keçiləcək.
Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsindən ans press-ə verilən məlumata görə, Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Respublikası
ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci
il Qərarına əsasən hər il mart ayının son bazar günü saat 4.00-da
əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına
keçilir.
Hər il oktyabr ayının son bazar günü isə saat
5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv
edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi həyata keçirir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi bildirir ki, Nazirlər Kabinetinin müvafiq qərarına
əsasən 30 mart 2014-cü il tarixində saat 4.00-da Azərbaycan
Respublikası ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına
keçiləcək.