Wi-Fi dalğalarının şəklini görmək istərdiniz? (FOTO)

29 Mart 2014 10:10 (UTC+04:00)
Hər kəs Wi-Fi əlaqəsini sevir, çünki, simsiz, sürətli və ən əhəmiyyətlisi hər yerdə pulsuzdur. Bəs Wi-Fi dalğalarını görə bilmək istərdinizmi? Əgər Wi-Fi dalğaları görünə bilsəydi istifadəçilər harada Wi-Fi olduğunu bilər və buna əsasən də internetə girərdilər. 

Movqe.az ans press-ə istinadən xəbər verir ki , Stanford Universitetindən Dr. Browning Vogel kiçik bir yardım ilə Vaşinqtonda çılpaq gözlə görünə bilən Wi-Fi dalğalarının necə görünəcəyini göstərən bəzi çox maraqlı görüntüləri nəşr edib.

Dr. Browning Vogel’a sənətçi Nickolay Lamm və MyDeals.com bu işdə yoldaşlıq edib. Bu işdə Wi-Fi dalğalarının göründüyü bir dünya necə olar deyə xəyal edildi.
Görüntülərdəki Wi-Fi siqnalları dalğa-dalğa və rəngarəngdir. Bəs görəsən Azərbaycanda Wi-Fi siqnalları görünsəydi necə bir təsirə səbəb olardı?