Murad Dadaşovun obyekti viran edildi (FOTO)
29 Mart 2014 11:05 (UTC+04:00)
Şirin zarafatları ilə insanları güldürən şoumenin
"şirin biznesi"nə zəhər qatılıb. Movqe.az ans press-ə istinadən
xəbər verir ki , Azərbaycanın tanınmış şoumeni, "Bakılı
oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş üzvü Murad Dadaşovun
obyekti ötən gecə qarət olunub.
Onun Səbail rayonu, İstiqlaliyyət küçəsindəki
şirniyyat məmulatlarının satışı və sifarişini həyata keçirən Côte
d`Azur mağazası qarət olunub. Mağazanın şüşələri naməlum şəxslər
tərəfindən sındırılıb.
Milli.Az-ın əməkdaşı da hadisə yerinə baş çəkib.
Mağazanın əməkdaşları və polis içəri daxil olmağa izacə
verməyiblər. Hələlik mağazadan pul və ya şirniyyatın aparılması
məlum deyil.Qeyd edək ki ,bu xəbəri ilk dəfə ekzkluziv olaraq
Milli.az verib .