Şakira cazibədar bədəni ilə göz qamaşdırdı (FOTO)
29 Mart 2014 10:32 (UTC+04:00)
Məşhur müğənni Şakira cazibədarlığı ilə hər kəsi
heyran edib. Movqe.az ans press-ə istinadən xəbər verir ki , ötən
günlərdə Berlində "Echo Awards" musiqi mükafatlarının təqdimetmə
mərasimi keçirilib. Gecədə dünya ulduzları iştirak edib. Daha çox
diqqət mərkəzində olanlar isə Ceyms Blant, Şakira, Kayli Minoq kimi
pop ifaçılar olub.
Son zamanlar mətbuatın gündəmindən düşməyən Şakira
gecənin ən diqqətçəkən simalarından olub. Cazibədar bədən quruluşu
ilə göz qamaşdıran Şakira tədbirə qatılanların səs vermə
nəticəsində gecənin ən dəbli cazibədar müğənnisi
seçilib.
Xatırladaq ki, 37 yaşlı Latın Amerikalı müğənni
Şakira "Facebook"da ən mehriban, ən çox oxunulan, dostcanlı məşhur
seçilib. rəqqasə, müğənni və model sosial şəbəkənin istifadəçiləri
tərəfindən sevilən sima seçilib. Həmkarlarından fərqli olaraq şəxsi
səhifəsində ən çox "like" toplayan hesab edilib. Reytinqdə qalib
olmağı üçün ifaçıya 86 milyondan artıq izləyici kömək olub.
Nəticədə isə Şakira rəfiqəsi olan Rihannanın 84 milyonluq səs
rekordunu təzələyib.








