Hava kəskin soyuyacaq
29 Mart 2014 10:58 (UTC+04:00)
Bu gün səhər saatlarından başlayaraq Bakıda və
Abşeron yarımadasında dumanlı hava müşahidə olunur. Bundan başqa,
dumanlı hava şəraiti ölkənin bir çox rayonlarında da hökm sürür.
Dumanlı havanın bu gün günorta saatlarına qədər davam edəcəyi,
havanın arabir yağıntılı olacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin
Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad
Məmmədova ans press-ə bildirib.
"Hazırda Bakıda və Abşeron yarmadasında havanın
tempraturu 10-13 dərəcə arasında dəyişir. Ölkənin rayonlarında
10-15 dərəcə isti var. Bəzi yerlərtə arabır yağıntılı hava müşahidə
olunacaq", - deyə Gülşad Məmmədova bildirib.
Gülşad Məmmədova həmçinin onu da əlavə edib ki,
sabah Bakıda və Abşeron yarmadasında havanın temperaturu kəskin
düşəcək. Paytaxtda gecə və gündüz 1-4 dərəcə isti olacaq. Mərkəzi
Aran rayonlarında isə 5-10 dərəcə isti olacaq. Arabir yağış
yağacaq. Bəzi yerlərdə dumanlı hava müşahidə olunacaq.