Obama: "Putin SSRİ-nin dağılmasına dərin kədər hissi keçirdiyini göstərməyə çalışır"
29 Mart 2014 12:08 (UTC+04:00)
"Putin Sovet İttifaqının dağılmasına görə dərin
kədər hissi keçirdiyini göstərməyə çalışır".
Movqe.az ans press-ə istinadən bildirir ki ,
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama rusiyalı həmkarı
Vladimir Putinin Ukrayna və Krımla bağlı siyasətinə şərh
bildirərkən bu cür açıqlama verib. İtaliyanın paytaxtı Romada CBC
telekanalına müsahibəsində Obama qeyd edib ki, Putin ümumiyyətlə
Qərbi və Amerika Birləşmiş Ştatlarının siyasətini düzgün
anlamır.
"Uzun müddət sonra rus liderləri Soyuq Müharibə
dövründə yaşanan hadisələri təkrarlamaqla irəli getməyin mümkün
olmadığını anlamalı idi. Əksinə, irəliyə doğru gedən yol, dünya
iqtisadiyyatına inteqrasiya etmək və məsuliyyətli vətəndaş olmaqla
mümkündür".
"Bizim Rusiyanı əhatəyə almaqda heç bir marağımız
yoxdur. Həmçinin, Ukraynadan da tək istədiyimiz xalqın öz seçimini
etməsi idi"
Obama Avropaya səfəri çərçivəsində Rusiyanın
Ukraynaya qarşı yürütdüyü işğalçılıq siyasəti və Krımı
birləşdirməsi ilə əlaqədar tərəfdaş ölkələrlə rəsmi Moskvaya qarşı
birlik yaratmağa çalışır.